Ukraynalı futbolçu Azərbaycanda tarixə düşdü - FOTO
08.04.2013 - 12:01
Ukraynalı futbolçu Azərbaycanda tarixə düşdü - FOTO
Topaz Premyer Liqasının XXV turu “İnter”in milliləşən legioner futbolçusu Vladimir Levin üçün əlamətdar olub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, klubun adını dəyişdiyi 2004-cü ildən komandanın şərəfini qoruyan ukraynalı Azərbaycan çempionatında 200-cü matçına çıxıb. Bununla, müdafiəçi “İnter”in tarixində 200 oyun keçirən ilk futbolçu olub.

mövsüm
oyun
qol
2004/05
27
1
2005/06
26
2
2006/07
22
2
2007/08
12
-
2008/09
10
1
2009/10
30
1
2010/11
23
1
2011/12
27
2
2012/13
23
2
cəmi
200
12


Levin Azərbaycan çempionatlarında 200 matç səddini aşan 3-cü legioner olub. Ona qədər milliləşən əcnəbilər Aleksandr Çertoqanov və Usim Nduka bunu bacarmışdı. Hazırda “Qəbələ”də çıxış edən Çertoqanov çempionatda 205, AZAL-ın müdafiəçisi Nduka isə 204 matça çıxıb.

Əcnəbilər arasında oyun sayına görə 3-cü olan Vladimir də Usim kimi bütün matçlarını 1 komandada keçirib. Ukraynalı Azərbaycan çempionatları tarixində 1 klubun heyətində 200 və daha çox oyun keçirən 2-ci legionerdir.

Bu 2 əcnəbidən başqa daha 10 futbolçu ölkə çempionatında 1 klubda 200 və daha çox oynayıb. Həmin futbolçular karyerasını bitirmiş yerli oyunçulardır.

Komandasına ən azı 200 oyunluq müddətdə sadiq qalan 12 futbolçudan 8-i “Turan”la “Qarabağ”ın payına düşür. Onların hərəsində 4 belə futbolçu var. “Viləş” 2 belə üzvü ilə seçilir. AZAL və “İnter”in rekordçuları isə yalnız bu il siyahıya daxil olub.


Aslan Kərimov
Qarabağ (Ağdam)
268
Sakit Alıyev
Turan (Tovuz)
248
Müşfiq Hüseynov
Qarabağ (Ağdam)
244
Nizami Sadıqov
Turan (Tovuz)
237
Səttar Əliyev
Qarabağ (Ağdam)
230
Yaşar Hüseynov
Qarabağ (Ağdam)
226
Müşfiq Vəliyev
Viləş (Masallı)
221
Alay Bəhramov
Viləş (Masallı)
220
Eltay Aslanov
Turan (Tovuz)
208
Nadir Nəbiyev
Turan (Tovuz)
204
Usim Nduka
AZAL
204
Vladimir Levin
İnter (Bakı)
200