Azərbaycan birinciliyi başa çatdı
09.04.2013 - 21:31
Hövsan Olimpiya İdman Kompleksində boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, yarışda respublikamızın müxtəlif şəhər və rayonlarının 200-dək idmançısı qələbə uğrunda mübarizə aparıb.
Bu il böyüklər arasında ölkə çempionatında gümüş medal qazanan Münasib Məmmədov (49 kq) gənclərin yarışında hamıdan güclü olub. O, finalda Cavid Daşov üzərində 12:6 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Məmmədov bu ilin fevrlında Bolqarıstanda keçirilən böyüklər arasında “Strandja” turnirində də 2-ci olmuşdu.
Yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Elnur Şəfizadə ilə müxtəlif beynəlxalq yarışların qalibi Məsud Yusifzadənin döyüşü böyük maraqla gözlənilirdi. Ancaq Şəfizadə zədələndiyindən final görüşünə çıxmayıb.
Yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı (75 kq) həlledici görüşdə gözlənilmədən Nəbi Bağırova uduzub – 7:12.
Avropa birinciliyinin daha bir mükafatçısı Rahil Məmmədli (81 kq) finalda Emil Mövsümzadəyə uduzub – 16:21.
Final döyüşlərinin nəticələri:
49 kq
Münasib Məmmədov (Rabitə) - Cavid Dadaşov (Neftçi) - 12:6
52 kq
Elnur Şəfizadə (Rabitə) – Məsud Yusifzadə (Rabitə) - Birinci görüşə gəlməyib.
56 kq
Nəsrəddin Məmmədov (Neftçi) – Xəyyam Məmmədov (Neftçi) – ikinci görüşə gəlməyib.
60 kq
Valeh Ramazanov (Qızıl Əlcək) - Orxan Əliyev (Gilan) - 17:10
64 kq
Cavid Quliyev (Neftçi) - Firudin Zeynalov (Rabitə) - 25:6
69 kq
İlqar Mirzəyev (Rabitə) – Hidayət Musayev (Qəbələ) - Birinci görüşə gəlməyib.
75 kq
Nəbi Bağırov (Qızıl Əlcək) - Orxan Mayıllı (Neftçi) - 12:7
81 kq
Rahil Məmmədli (Qəbələ) - Emil Mövsümzadə (Rabitə) - 16:21
91 kq
Nicat Muradlı (Qəbələ) - Sadıq Səmədov (Neftçi) - 4:13
+91kq
David Pirxiyev (Qızıl Əlcək) - Timur Vəliyev (Neftçi) - 12:5

0
0