Millimizin rəqibləri iyunun 11-də qarşılaşacaq
09.04.2013 - 23:00
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibləri olan Şimali İrlandiya və Rusiyanın yığmaları arasında keçiriləcək matç iyunun 11-də baş tutacaq. Apasport.az saytının məlumatına görə, bu haqda Rusiya mətbuatı xəbər verib.
Bu qarşılaşmanın keçirilməsi üçün daha əvvəl 3 variant meydana çıxmışdı. Belə ki, görüşlərin reallaşmasını İrlandiya Futbol Assosiasiyası mayın 31-də, Rusiya Futbol İttifaqı isə iyunun 11-i və ya avqustun 15-də istəyirdi. Lakin hər iki tərəf oyunun keçirilmə tarixini müstəqil seçə bilmədiyindən, bu qərarı FİFA verəcək.
Ehtimal edilir ki, ali futbol qurumu öz qərarını aprelin 10-u və ya 11-i elan edəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma əvvəlcə martın 22-də Belfastda keçiriləcəkdi. Lakin əlverişsiz hava şəraiti görüşü təxirə salıb.

0
0