Messinin PSJ-yə qarşı forma geyinəcəyi hələ bilinmir
09.04.2013 - 23:32
Messinin PSJ-yə qarşı forma geyinəcəyi hələ bilinmir
“Barselona”nın baş məşqçisi Tito Vilanovanın köməkçisi Xordi Roura Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyun öncəsi mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, yardımçı çalışdırıcı komandanın zədəli hücumçusu Lionel Messi, digər forvard Pedro Rodriqes və müdafiəçi Adriano Korreya ilə bağlı fikirlərini bildirib.

Xordi sözügedən futbolçuların meydana çaxacağını hələ bilmir: “Axşama və ya sabaha qədər gözləmək lazımdır. Axı yalnız onda Messi, Pedro və Adriano haqqında məsələ aydınlaşacaq. Onların vəziyyətlərini müsbət dəyərləndirmək olar, amma qərar qəbul etməzdən əvvəl, futbolçulara məşqlərin gedişi üzrə baxmaq lazımdır. Əgər Messi oynamayacaqsa, onda biz dünyada ən yaxşı futbolçunu itirəcəyik və bu bizim işimizi çətinləşdirəcək”.

Qeyd edək ki, “Barselon” – PSJ matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.