Trezeqe 4 aya qədər sıradan çıxdı
09.04.2013 - 23:48
Trezeqe 4 aya qədər sıradan çıxdı
Fransa milli komandasının sabiq və “River Pleyt”in futbolçusu David Trezeqe dörd aya qədər sıradan çıxıb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçunun uzun müddətli yaşıl meydanlardan uzaq qalmasına səbəb isə onun dizindəki zədədir.

Təcrübəli forvard yaxın günlərdə cərrahiyyə əməliyyatı olunacaq.

Qeyd edək ki, David klub səviyyəsində ən böyük uğura “Yuventus”un heyətində, yığmada isə dünya (1998) və Avropa (2000) çempionatının qalibi olub.