Ronaldo ilk “5-lik”də
10.04.2013 - 00:45
Ronaldo ilk “5-lik”də
“Real”ın hücumçusu Kriştianu Ronaldo bu mövsüm Çempionların Liqasında qollarının sayını artırıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu Avropanın ən titullu klub turnirinin 1/4 final mərhələsinin “Qalatasaray”la cavab matçının 8 və 90+2-ci dəqiqələrində 11-ci qoluna imza atıb.

Həmçinin bu, təcrübəli oyunçunun bu mövsüm meydana çıxdığı 10-cu görüşü idi. Ümumilikdə isə Ronaldo Çempionların Liqasında bütün vurduğu qolların sayını 50-yə çatdıraraq Filippo İnzaqiyə çatmış olub. Həmçinin o, Çempionların Liqasında ən çox fərqlənən futbolçuların sırasında ilk “5-liy”ə yüksəlib.

Eyni zamanda Kriştianu “Real”ın əfsanəvi futbolçusu Alfredo di Stefanonun 49 qolluq rekordunu da keçmiş olub.

Çempionların Liqasında ən çox qol vuran futbolçular:

Raul - 71 qol (144)
Messi - 59 qol (77)
Şevçenko - 59 qol (116)
Anri - 51 qol (115)
Ronaldo - 50 (94)
İnzaqi - 50 qol (85)