Droqba Samuel Kuffura şərik oldu
10.04.2013 - 02:45
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyun günündə “Real”a qarşı forma geyinən “Qalatasaray”ın hücumçusu Didye Droqba Avropanın ən titullu klub turnirində 89-cu dəfə meydana çıxıb. Apasport.az saytının məlumatına görə, bununla da, Fil Dişi Sahili millisinin üzvü Çempionlar Liqasında ən çox forma geyinən afrikalı futbolçu ünvanına sahib olan Samuel Kuffura şərik olub.
Qana yığma komandasının sabiq oyunçu bu nəticəyə 2000-2001 mövsümündə “Bavariya”nın heyətində nail olub. 1993-2005-ci illərdə Almaniya klubunun şərəfini qoruyan müdafiəçi, daha sonra “Roma”da çıxış edib.
Droqba isə ilk dəfə Çempionlar Liqasında 2003-cü ildə “Marsel”in heyətində mübarizə aparıb. Bir qədər sonra Didye “Çelsi”yə transfer olunub. Ötən il isə Droqba bu kuboku qazanan “zadəganlar”ın heyətində böyük rol oynayıb.
Qeyd edək ki, Droqba Çempionlar Liqasında vurduğu qollarının sayını 40-a çatdırıb. O, həmçinin ilk qolunu “Marsel”in heyətində “Real”ın qapısından keçirib.

0
0