Mourinyo “Qalatasaray”ın futbolçularını təbrik etdi
10.04.2013 - 03:50
Mourinyo “Qalatasaray”ın futbolçularını təbrik etdi
“Qalatasaray” ikinci hissədə fantastik oynadı. Onlar bizdən çox üstün idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

Portuqaliyalı çalışdırıcı Çempionlar Liqasının 1/4 final mərhələsinin “Qalatasaray”la (3:2) cavab oyunundan sonra rəqibin layiqli olduğunu bildirib: “Bizə çox böyük problem yaratdılar. Hesab 3:1 olarkən yenidən oyunda gücümüzü topladıq. Amma “Qalatasaray” bu matçı qazanmağa layiq idi. Həmçinin böyük bir qürurla turnirdən ayrılmağı da haqq etdilər. Paltardəyişmə otağına getmək istəyim son dərəcə sadədir. Mən bir baş məşqçiyəm və komandam uduzarsa, rəqibi təbrik edirəm. “Qalatasaray” həqiqətən buna layiq idi. Çox güclü bir komanda ilə oynadıq. Buna görə onları təbrik etmək istədim”.

Qeyd edək ki, matçdan sonra Mourinyo “Cim-Bom”un paltardəyişmə otağına gedərək futbolçuları və məşqçi heyətini təmrik edib.