Joze Mourinyo Ferqyussona çatdı
10.04.2013 - 04:19
Joze Mourinyo Ferqyussona çatdı
Çempionlar Liqasının 1/4 final mərhələsində “Qalatasaray” səddini keçən “Real”ın baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”in çalışdırıcısı Aleks Ferqyussonun rekorduna şərik olub.

Belə ki, 7 dəfə bu mərhələni adlayan şotlandiyalı mütəxəssisə Mourinyo da çatıb.

Daha öncə Joze yarımfinala “Porto”, “Çelsi” və “İnter”lə nail olmuşdu. O, bunlardan ikisi ilə yəni Portuqaliya və İtaliya klubları ilə çempionluq yaşayıb.