Ronaldo məğlubiyyətdə özlərini günahlandırır
10.04.2013 - 05:40
Ronaldo məğlubiyyətdə özlərini günahlandırır
“Biz çox şadıq ki, o çətin matçdan sonra yarımfinala keçdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Real”ın hücumçusu Kriştianu Ronaldo səsləndirib.

Portuqaliyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyun günüdə “Qalatasaray”a 3:2 hesablı məğlubiyyətdə özlərini günahlandırır: “Bu başabaş mübarizə gələcəkdə bizə nümunə olacaq. Futbolda heç nəyi bir anın içərisində qaçırtmaq olmaz. Rəqib bizə ciddi çətinliklər yaşatdı. Amma əslində, burada biz özümüz günahkarıq. Özümü yaxşı hiss edirəm. Mən, bu gün işimi əla yerinə yetirdim”.