Səbuhi Səfiyarlı: Robertinyo getmək istəyirdi
10.04.2013 - 09:35
“Robertinyo ilə yollarımızı qarşılıqlı şəkildə ayırdıq. Futbolçu özü getmək istədiyini bildirdi”. Bunu apasport.az saytına Bakının “İnter” klubunun baş meneceri Səbuhi Səfiyarlı deyib.
“Bankirlər” mövsüm başa çatmamış bir futbolçu ilə yollarını ayırıb. Səfiyarlının sözlərinə görə, komandadan ayrılmaq istəyi futbolçu tərəfdən gəlib: “O, komandaya qoşulandan sonra özünü göstərə bilmirdi. Futbolçuya “Qarabağ”la görüşdə əvəzedici komandada oynayıb yenidən forma yığmasını təklif etmişdik. Ancaq Robertinyo burda qalmaq istəmədiyini deyib, bizimlə may ayınadək olan anlaşmasını pozulmasını istədi. Biz də onun istəyini reallaşdırdıq. Braziliyalı olsa da, onun intizamı ilə bağlı problemlə üzləşmədik. Gedişinin səbəbi burda özünü göstərə bilməməsidir. Artıq futbolçu ayın 8-dən komandadan ayrılıb”.
Qeyd edək ki, Robertinyo “İnter”ə Tbilisi “Dinamo”sundan gəlmişdi.
Səbuhi TOFİQOĞLU

0
0