TFF prezidenti millimizlə bağlı düz danışır?
10.04.2013 - 10:47
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörən “ay-ulduzlu” komandanın baş məşqçilərinin orta fəaliyyət dövründə qabaqladıqları azsaylı ölkələrdən birinin Azərbaycan olduğunu iddia edib. Apasport.az saytı qurum başçısının nə dərəcədə haqlı olduğunu araşdırıb.
Dəmirörən bildirib ki, Türkiyə yığmasında hər çalışdırıcı orta hesabla 1,6 il işləyir. Ölkəsi üçün Almaniya yığmasını nümunə göstərən TFF rəhbəri Bundestimin hər çalışdırıcısının orta hesabla 9,5 il fəaliyyət göstərdiyini qeyd edib. O, Azərbaycan, Gürcüstan və Ermənistanda isə bu rəqəmin Türkiyədəkindən aşağı olduğunu açıqlayıb.
1992-ci ildə yaradılan yığmamız 21 ilə yaxın tarixi ərzində 18 dəfə yeni çalışdırıcıya tapşırılıb. Bu 18 təyinatdan bəziləri əvvəllər də millidə çalışmış məşqçilərlə bağlı olub. Bəzən posta gələnin fəaliyyəti bir və ya bir neçə aydan çox olmayıb. Hətta yığmanın məşqçilər korpusuna tapşırıldığı vaxtlar da olub.
Bu isə o deməkdir ki, təxminən 21 ildə 18 çalışdırıcıya ümidli olan komandamız hər 1,17 ildən bir məşqçisini dəyişib. Bu isə hər təyinat alan mütəxəssisin orta hesabla 1 il 2 ay, yəni 14 ay postunda qalmasını göstərir.

| Əhməd Ələsgərov | 09.1992-01.1993 |
| Ələkbər Məmmədov | 03.1993-05.1994 |
| Məşqçilər şurası | 05.1994 |
| Ağasəlim Mircavadov | 05.1994-09.1995 |
| Kazbek Tuayev | 09.1995-12.1996 |
| Vaqif Sadıqov | 01.1997-03.1999 |
| Əhməd Ələsgərov | 03.1999-12.1999 |
| Əsgər Abdullayev | 01.2000-06.2000 |
| İqor Ponomaryov | 06.2000-10.2001 |
| Kazbek Tuayev | 04.2002 |
| Vaqif Sadıqov | 04.2002-10.2002 |
| Əsgər Abdullayev | 10.2002-02.2004 |
| Karlos Alberto Torres | 02.2004-06.2005 |
| Vaqif Sadıqov | 06.2005-11.2005 |
| Şahin Diniyev | 12.2005-10.2007 |
| Qyoko Hacıyevski | 11.2007-02.2008 |
| Nazim Süleymanov | 03.2008 |
| Berti Foqts | 04.2008-... |
0
0