2 aylıq, 2 oyunluq Azərbaycan karyerası - FOTO
10.04.2013 - 10:50
“İnter”dən ayrılan Robertinyonun ölkəmizdəki karyerası çox qısa sürüb. Apasport.az saytının məlumatına görə, tam adı Roberto Soares Anginetti olan futbolçu ilə müqavilə bağlanması fevralın 9-da klubun rəsmi saytı vasitəsilə bəyan edilmişdi.
Onun “İnter”lə müqaviləsinə aprelin 8-də xitam verildiyini nəzərə alsaq, 24 yaşlı futbolçunun ölkəmizdəki karyerası cəmi 2 ay çəkib. Bu 2 ay ərzində Tiflis “Dinamo”sunun sabiq üzvü cəmi 2 oyuna çıxıb. Robertinyo daha çox ehtiyatda qalması ilə yadda qalıb.
Onun çıxış etdiyi qarşılaşmalardan biri martın 3-də Topaz Premyer Liqasının XXII turunda “Qarabağ”la qolsuz başa çatan oyundur. Meydana sonradan daxil olub 26 dəqiqə oynayan Robertinyo 1 sarı vərəqə də almışdı. O həmin qalmaqallı matçda “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla davası ilə yadda qalmışdı. Onun ölkəmizdəki növbəti oyunu isə “İnter”in ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutmuş “Bakı” ilə ilk matçıdır. 1:1 hesabı ilə başa çatan həmin qarşılaşmada cinah oyunçusu olan Robertinyo 10 dəqiqə meydanda olmuşdu.
Qeyd edək ki, ötən ilin sonlarında fasilə yaranmamış daha 2 futbolçu Robertinyo kimi “İnter”i tərk etmişdi. Bunlar dominikanlı müdafiəçi Haynts Barmettler və toqolu hücumçu Arafat Cako idi.

0
0