“Arşavini aparmaqla, nəyi göstərmək istəyirsiniz?”
10.04.2013 - 14:58
Tanınmış rusiyalı futbolçu, SSRİ yığmasının heyətində Avropa çempionatının gümüş medalçısı olan Vagiz Xidyatullinin apasport.az saytına müsahibəsi
- Azərbaycan futbolu kənardan necə görünür?
- 2 sözlə ifadə etsək, yerinizdə fırlanırsınız.
- İrəli getməyimiz üçün nə çatışmır?
- Çox şey. Əgər bizdə çox şey qaydasında deyilsə, sizdə də elədi (gülür).
- Son vaxtlar Rusiya mətbuatında əsas informasiyalardan biri yığmanızın kapitanı Andrey Arşavinin karyerasını Azərbaycanda davam etdirmək variantının olmağı ilə bağlıdır. Sizcə, “Arsenal”ın futbolçusu cəlbedici maddi təklif müqabilində ölkəmizə gələr?
- Bilmirəm. Arşavinlə ünsiyyətim yoxdur. Həyatda hər şey mümkündü. Futbolda ilk belə işi ABŞ-ın “Kosmos” klubu gördü. Pele, Best, Bekkenbaueri kimi simaları dəvət etdilər. Sonradan digər məşhur futbolçular Asiya, Yaponiya, Ərəbistan ölkələrinə yolandılar. Yəni harda pul var, ora gedirdilər. Bir şeyi başa düşə bilmirəm: Arvaşini aparmaqla nəyi, varlı olduğunuzu göstərmək istəyirsiniz, yoxsa futbolunuzun inkişafında, populyar olmağında sizə kömək etsin?
- Veteran futbolçularımızın kiminlə daha yaxınsınız?
- Maşallah Əhmədov, İsgəndər Cavadov, İqor Ponomaryovla dostluq edirəm, hərdən görüşürük.
- Bəs müdafiəçi Vagiz Xidyatullinə hansı hücumçumuza qarşı oynamaq daha çətin idi?
- Futbolçularınıza qarşı oynamaq həmişə çətin idi. Həmişə sizdə liderlər vardı. Həmin Cavadovu demək olar. Mən hələ Anatoli Banişevskini, ondan da qabaq oynayanları demirəm. Adları yadımdan çıxıb, artıq babadırlar.
- Bəs indiki futbolçularımızdan kimisə tanıyırsınız?
- Sizdə bir Cavadov da olmalı idi, elədir?
- Bəli, İsgəndər Cavadovun qardaşı oğludur...
- Aydındır. Onu Rusiya çempionatında hansısa komanda götürmək istəyirdi.
- Vaqif il yarım öncə “Volqa”da oynayıb...
- Özünüz yaxşı başa düşürsünüz ki, bu komandanın səviyyəsi necədir...
- Sizə doğma olan Kazanın “Rubin” klubunda da futbolçunuz oynayır. Bu, millimizin üzvü Ruslan Abışovdur...
- Bunu bilmirəm. “Rubin” mənim üçün o qədər də doğma komanda deyil. Niyə belə olmalıdır? Mənim üçün doğma komanda “Spartak”dır.
- “Doğma” sözünü ona görə dedim ki, siz milliyətcə tatarsınız. “Rubin” isə Tatarıstanın məşhur təmsilçisidir...
- Bəli, “Rubin”i diqqətlə izləyirəm, mənim üçün maraqlıdır. Bu mənada ki, komandada baş məşqçi dostum Kurban Berdıyev işləyir, vəssalam. Ancaq demirəm ki, “Rubin”ə atam Kazandan olduğuna görə həyəcan keçirəcəyəm (gülür).
- Sizcə, milli komandanız cari seçmə mərhələnin son turunda Azərbaycan yığması ilə Bakıdakı oyunda asan qələbə qazanacaq?
- Məncə, millinizi məğlub edəcək. Ancaq bu, asan olmayacaq.
Mehman SÜLEYMANOV

0
0