Topların sayında “Rəvan”, qələbə sayında “Kəpəz”
10.04.2013 - 16:59
"Rəvan” Topaz Premyer Liqasının XXVI turu çərçivəsində aprelin 12-də "Kəpəz”i qonaq edəcək. Apasport.az saytının məlumatına görə, saat 17:00-da başlayacaq oyun "Bayıl Arena”da keçiriləcək.
Gündə 1 dəfə olmaqla məşq edərək görüşə hazırlıqlarını davam etdirən “Rəvan”da yüksək əhval-ruhiyyə hökm sürür. Ard-arda qazanılan 3 qələbə futbolçulara da yaxşı mənada təsir edib. İndi onlar yalnız qələbə seriyasını davam etdirmək barədə düşünür. Bunun üçün isə həftənin cümə günü Gəncə təmsilçisini üstələmək lazımdır.
O komandanı ki, indiyə qədər “Rəvan” 6 dəfə görüşüb və cəmi 2 dəfə meydanı qalib qismində tərk edib. Maraqlıdır ki, komandalar indiyə qədər öz aralarında heç-heçə etməyib. Qələbə sayında "Kəpəz” üstün olsa da, topların nisbətində paytaxt təmsilçisinin üstünlüyü var – 11:9. “Uçan aslanlar” bu üstünlüyü son matçda rəqibini 2:0 hesabı ilə üstələməklə əldə edib.
Ümumiyyətlə, son 4 ev oyununun 3-də, son 7 matçının 5-də qələbə qazanan "Rəvan”dan fərqli, rəqib hazırda çətin günlərini yaşayır. Autsayder Premyer Liqada son 8 səfər oyununun hamısında məğlub olub. Üstəlik, gəncəlilər çempionatda 18 oyundur 3 xala həsrətdir.
Mənbə: revanfc.az

06.08.2011 | Kəpəz - Rəvan | 3:2 |
04.12.2011 | Rəvan - Kəpəz | 1:2 |
02.04.2012 | Kəpəz - Rəvan | 1:0 |
28.04.2012 | Rəvan - Kəpəz | 5:1 |
30.09.2012 | Rəvan - Kəpəz | 1:2 |
16.02.2013 | Kəpəz - Rəvan | 0:2 |
Mənbə: revanfc.az
0
0