Yığmamız Moldova ilə bacarmadı
10.04.2013 - 17:07
Yığmamız Moldova ilə bacarmadı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri səfərdə Moldova yığması ilə qarşılaşıb.

Məhsuldar keçən matçda qapılara 5 qol vurulub. 3 penaltinin təyin olunduğu görüşdə meydan sahibləri 3:2 hesabı ilə qalib gəlib.

İlk yarıda 2 cavabsız qol buraxan millimiz fasilədən sonra penaltidən qapısında daha 1 top görüb. Moldovalı hakim Aleksandru Tyan bundan sonra həmyerlilərinin qapısına 2 dəfə 11 metrlik cərimə zərbəsi təyin edib. Hər 2 zərbəni dəqiq yerinə yetirən Budaq Nəsirov 69 və 73-cü dəqiqədəki qollarla fərqi minimuma endirib.