Millimiz aprelin 12-də Ternovkada oynayacaq
10.04.2013 - 18:00
Millimiz aprelin 12-də Ternovkada oynayacaq
Azərbaycanın 19 yaşlılardan ibarət yığması Moldovada ikinci yoldaşlıq görüşü keçirəcək. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığmamız bu ölkədən olan həmyaşıdları ilə növbəti sınaq matçını aprelin 12-də Ternovkada keçirəcək. Yuri Osipenkonun yetirmələri ilə matç yerli vaxtla saat 14:00-da (Bakı vaxtilə saat 16:00-da) başlayacaq.

Qeyd edək ki, yığmamız bu gün moldovalılarla ilk oyunda 2:3 hesabı ilə uduzub.