Yığmamızın rəqiblərinin oynayacağı vaxt bəlli oldu
10.04.2013 - 21:31
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibləri olan Şimali İrlandiya və Rusiyanın yığmaları arasında keçiriləcək matçın vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqiblərimiz avqustun 14-də qarşılaşacaq.
Xatırladaq ki, İrlandiya – Rusiya oyunu martın 22-də Belfastda keçiriləcəkdi. Lakin əlverişsiz hava şəraiti görüşü təxirə salıb.
Bu qərar, bu gün İsveçrənin Sürix şəhərində İrlandiya Futbol Assosiasiyası və Rusiya Futbol İttifaqının iştirakı ilə keçirilən müşavirədə qəbul edilib.
Qeyd edək ki, sözügedən matçın keçirilməsi üçün daha əvvəl 3 variant meydana çıxmışdı. Belə ki, görüşlərin reallaşmasını İrlandiya Futbol Assosiasiyası mayın 31-də, Rusiya Futbol İttifaqı isə iyunun 11-i və ya avqustun 15-də istəyirdi

0
0