“Liverpul” braziliyalı futbolçusu ilə uzunmüddətli müqavilə imzaladı
10.04.2013 - 22:39
“Liverpul” braziliyalı futbolçusu ilə uzunmüddətli müqavilə imzaladı
“Liverpul” yarımmüdafiəçisi Lukas Leyva ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az-ın məlumatına görə, bu haqda klubun saytı xəbər yayıb.

İngiltərə təmsilçisi ilə braziliyalı futbolçunun yeni müqaviləsinin vaxtı açıqlanmayıb. Belə ki, 26 yaşlı oyunçu “Liverpul”la uzunmüddətli əməkdaşlığa razılaşıb.

Qeyd edək ki, Lukas Leyva “Liverpul”a 2007-ci ilin yayında Braziliyanın “Qremio” klubundan keçib. O, Premyer Liqa təmsilçisinin heyətində 208 matçda meydana çıxıb və rəqib qapılarına 6 qol vurub.