Qurban Berdıyev: Yarımfinala keçmək üçün hər şey edəcəyik
10.04.2013 - 23:00
Qurban Berdıyev: Yarımfinala keçmək üçün hər şey edəcəyik
“Biz vəziyyəti əla anlayırıq. İlk matçda “Çelsi”i yaxşı nəticə əldə etdi. Amma yarımfinala keçmək üçün hər şey edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rubin”in baş məşqçisi Qurban Berdıyev deyib.

Təcrübəli çalışdırıcı Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyundan öcə keçirilən mətbuat konfransında, komandasını Moskvada azarkeşlər yenə yalnız buraxmayacağını bildirib: “Bu matç üçün Kazanda stadion tam dolu və dəstək daha güclü olardı. Biz heç də şübhə etmirik, qarşımızda güclü “Çelsi” var. Əminik ki, bu görüşdə Moskvada azarkeş gələcək”.

Qeyd edə ki, bu komandalar arasında keçirilən ilk oyunda ingilislər 3:1 hesabı ilə qələbə qazanıb.