Boksçularımız Cəfərovun turnirinə tam heyətlə yollanır
10.04.2013 - 23:12
Boksçularımız Cəfərovun turnirinə tam heyətlə yollanır
Aprelin 16-dan 20-dək Qazaxıstanın Aktobe şəhərində dünya və Avropa çempionu Qalib Cəfərovun şərəfinə yeniyetmələr arasında ənənəvi turnir keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumatına görə, komandamız yarışda məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayevin rəhbərliyi altında 13 idmançı ilə mübarizə aparacaq.

Turnirdə iştirak edəcək boksçular bunlardır: Ümid Rüstəmov (46 kq), İbrahim İmanov (48 kq), Qüdrət Quliyev (50 kq), Ağasif Eyniyev (52 kq), Elməddin İsmayılov (54 kq), Cavid İsgəndərzadə (57 kq), Şamil İbrahimzadə (60 kq), Elmin Əsgərov (63 kq), Rövşən Musayev (66 kq), Hüseyn Tarverdili (70 kq), Elvin Məhərrəmov (75 kq), Şükran Mehdiyev (80 kq), İlkin İmanov (80+kq).

Qeyd edək ki, milliyətcə azərbaycanlı olan Qalib Cəfərov Qazaxıstanda anadan olduğundan uzun illər bu ölkənin milli komandasının şərəfini qoruyub.

Həmçinin yeniyetmələrdən ibarət milli komandamız iyunda Rusiyanın Kemerovo şəhərində keçiriləcək Avropa və avqustda Xarkovda təşkil olunacaq dünya birinciliyinə hazırlaşır.