Premyer Liqada 229 matç və 195 qol
11.04.2013 - 19:21
Premyer Liqada 229 matç və 195 qol
Topaz Premyer Liqasının XXV turunda “Simurq” “Qəbələ”nin qonağı oldu. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Zaqatala təmsilçisi hesabda 1:0 geri olduğu matçın son dəqiqələrində bərabərlik topun vuraraq səfərdə vacib bir xal qazandı.

Bu qarşılaşmada Tomislav Buşiç “sarı-qaralı” forma ilə rəsmi oyunda vurduğu ilk qolla yadda qalıb. Xorvatiyalı futbolçu həmçinin “Simurq”un Premyer Liqadakı 195-ci qolununda müəllifi olub.

Zaqatala klubu mübarizəyə qoşulduğu ildə ilk qolunun müəllifi 28.09.2005 tarixində “Simurq” – “ABN – Bərdə” matçında Elmar Xeyirov vurub. Premyer Liqada isə komandanın qol hesabını açan futbolçu Elmar Sultanov olub. O, 11.08.2006 tarixində səfərdə “Gənclərbirliyi” ilə keçirilən görüşdə fərqlənməklə adını “Simurq”un tarixinə yazdırıb.

Komandanın yüksək dəstədə 50-ci qolunu isə 16.03.2008-ci ildə “Simurq” – “Gəncə” (3:0) oynunda penaltidən David Bolkvazde vurub. 100-cu qol isə “sarı-qaralar”ın tarixində ən çox fərqlənən futbolçu Vladimir Mazyarın adı ilə bağlıdır. Ukraynalı 12.05.2007-ci ildə “Simurq” doğma azərkeşlər önündə “Qarabağ”ı 3:0 hesabı ilə məğlub etdiyi görüşdə buna imza atmağı bacarıb.

Premyer Liqada isə 100-cü qolun müəllifi Ruslan Qunçak olub. O, 12.09.2009-cu ildə “Bakı” – “Simurq” (2:2) görüşündə fərqlənməklə tarixə düşüb. Bu görüşdə Elşən Məmmədov həmçinin Zaqatala təmsilçisinin ümumilikdə 200-cü qoluna imza atıb. Ötən mövsüm isə Tofiq Mikayılov “Simurq”un 30.09.2011-ci tarixində keçirilən “Neftçi” ilə qarşılaşmada Premyer Liqadakı 150-ci qolunun müəllifi olub.

Qeyd edək ki, “Simurq” indiyənə qədər Premyer Liqada 229 oyun keçirdib. Növbəti turda “Neftçi” ilə görüşəcək komanda yubiley qarşılaşmasına çıxacaq. Bu matç baş məşqçi Georgi Çixradze üçün də xüsusi önəm daşıyır. Gürcüstanlı mütəxəssis turnir cədvəlinin hazırkı lideri ilə görüşdə “Simurq”u 35-ci premyer liqa oyununa çıxardacaq.