Bu gün hər şey Nyonda həll olunacaq
12.04.2013 - 03:18
Bu gün hər şey Nyonda həll olunacaq
Bu gün Avropa Liqasının yarımfinal mərhələsinin bütün iştirakçıları məlum olduğu üçün püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Mərasimi UEFA-nın birinci katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və finallar üzrə məsul şəxslər Patrik Klyuvertlə Rud van Nistelroy aparacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq Avropa Liqasının yarımfinal mərhələsinin püşkatmasından dərhal sonra diqqətlər Çempionlar Liqasının yarımfinalda qarşılaşacaq komandalara yönələcək.

Xatırladaq ki, Avropa Liqasının yarımfinalında “Çelsi”, “Fənərbaxça”, “Benfika” və “Bazel”, Çempionlar Liqasında isə “Real”, “Barselona”, “Bavariya” və Dortmund “Borussiya”sı mübarizə aparacaq.

Qeyd edək ki, digər mərhələlərdən fərqli olaraq burada eyni ölkənin komandaları bir-biri ilə üz-üzə gələ biləcəklər. Hər komanda evdə və səfərdə oynayacaq. Avropa Liqasının ilk matçlar aprelin 25-də, cavab oyunlar isə mayın 2-də baş tutacaq. Həmçinin inzibati hədəflərdə müəyyən ediləcək. Yəni, hansı yarımfinalın qalibi, final matçının nominal sahibi hesab ediləcək.

Çempionlar Liqasının yarımfinalında isə ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları həmin ayın 30 və mayın 1-də reallaşacaq.