Kocaman Fatih Terimin rekordunu qıracaq
12.04.2013 - 04:17
Kocaman Fatih Terimin rekordunu qıracaq
Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyun gündə səfərdə “Latsio” ilə 1:1 hesablı bərabərlikdən sonra yarımfinala keçən “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman, bu mərhələdə qarşılaşacaqları 2 görüş də daxil olmaqla, avrokuboklarda bir mövsümdə ən çox matç keçirən türk məşqçi rekorduna sahib olacaq. Apasport.az saytının məlumatına görə, bu rekord daha öncə 1999-2000 mövsümündə “Qalatasaray”la UEFA kubokunu qazanan Fatih Terimə aiddir.

Belə ki, Terim “Cim-Bom”a rəhbərlik etdiyi dövrdə komandasını 17 avrokubok oyununda meydana çıxarıb. Kocaman isə hazırda “sarı bülbüllər”lə 16 oyunda mübarizə aparıb. Yarımfinalda “Fənərbaxça” ilə daha 2 oyun keçirəcək olan Aykut, Terimin rekordunu qırmış olacaq.

Qeyd edək ki, “Qalatasaray” UEFA kubokunu qazandıqdan sonra həmin ilin avqustunda Super kuboku da başı üzərinə qaldırıb. “Aslanlar” bu oyunla cəmi 18-ci matçını keçirərək Türkiyədə yeganə komanda olub. Fənərbaxça” isə yarımfinal görüşləri ilə “Qalatasaray”ın rekorduna şərik olacaq. Finala çıxdıqları təqdirdə, tək rekordçu olacaq.