“İnana bilmirəm ki, hakim penalti təyin etdi”
12.04.2013 - 05:09
“İnana bilmirəm ki, hakim penalti təyin etdi”
“Belə meydanda futbol oynamaq son dərəcə çətindir. Amma biz, qismən bu şəraitə uyğunlaşa bildik. Düzdür, çox güc sərf etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin yarımmüdafiəçisi Frenk Lempard deyib.

İngiltərə milli komandasının üzvü Avropa Liqasının 1/4 final mərhələsinin “Rubin”lə cavab oyun gündə 3:2 hesablı məğlubiyyətə şərh verib: “Bu gün Torres nə qədər güclü hücumçu olduğunu növbəti dəfə sübut etdi. Fernandes parlaq qol vurdu və prinsip etibarilə də çox gözəl matç keçirdi. İndiyə qədər inana bilmirəm ki, hakim penalti təyin etdi. Orada penalti yox idi. Hər halda, biz nəticəyə oynadıq və yarımfinala keçdik. Buna görə hamımız çox xoşbəxtik”.