İbrahimoviç ölkəsi ilə əlaqələrini tamamilə kəsir
12.04.2013 - 06:08
İbrahimoviç ölkəsi ilə əlaqələrini tamamilə kəsir
İsveçrə milli komandası və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç ölkəsi ilə olan əlaqələrini tamamilə kəsmək istəyir. Apasport.az saytının məlumatına görə, Malmödə doğulan və futbolun sirlərini burada öyrənən 31 yaşlı oyunçu, bu şəhərdə olan evini satışa çıxarıb.

Artıq İbrahimoviç evinin satış qiymətini də açıqlayıb. Onun evini almaq istəyən 12 milyon İsveçrə kronundan (təxminən 1 milyon 250 min avro) keçmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, Zlatan daha əvvəl həyat yoldaşı Elena Seger ilə ölkəsinə dönməyəcəyini və karyerasını başa vurduqdan sonra da ölkə xaricində yaşayacağını bildirmişdi.