Kor püşk almanlarla ispanları üz-üzə qoydu
12.04.2013 - 14:28
Avropanın ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə finalın bir addımlığında qarşılaşacaq rəqiblər müəyyənləşib.
Mərasimdə UEFA-nın birinci katibi Canni İnfantino, yarış direktoru Corcio Marketti və Hollandiya yığmasının ulduzu Ruud van Nistelroy iştirak ediblər. Onlar Avropanın 4 ən güclüsü - İspaniya və Almaniyanın hərəsinin 2 təmsilçisini cütlərə ayırıb.
Püşkün nəticələrinə əsasən, yarımfinalda 2 ölkə təmsilçilərinin dueli olacaq. İlk oyunlara almaniyalılar, cavab matçlarında isə pireneylilər meydan sahibi kimi çıxacaqlar. 2 həftədən sonra keçiriləcək ilk matçlarda “Bavariya” “Barselona”nı, “Borussiya” isə “Real”ı qəbul edəcək. Qrup mərhələsində də üz-üz gələn sonuncular cari mövsümdəki qarşılaşmalarının sayını 4-ə çatdırmış olacaq.
Püşkatma zamanı final oyununun meydan sahibinin kimliyinə də aydınlıq gəlib. İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq qarşılaşmada nominal meydan sahibi “Borussiya” – “Real” cütünün qalibi olacaq.
“Bavariya” (Almaniya) - “Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya)
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalında isə ilk görüşlər aprelin 23-24-ü, cavab oyunları həmin ayın 30 və mayın 1-də keçiriləcək.

0
0