“Kəpəz” Premyer Liqadan rəsmən getdi - YENİLƏNİB
12.04.2013 - 17:56
“Kəpəz” Premyer Liqadan rəsmən getdi - YENİLƏNİB
Bu gün Topaz Premyer Liqasında XXVI tura start verilib. Apasport.az saytının məlumatına görə, “altılıq”da 100 faizli nəticə göstərən yeganə komanda olan “Rəvan” ardıcıl 4-cü qələbəsini qazanıb.

Belə ki, “Rəvan” Bayıl qəsəbəsində keçirilən oyunda “Kəpəz”i qəbul edib. Tərəflərin “Bayıl Arena”da keçirilən ilk qarşılaşmasında “Kəpəz” meydan sahiblərinə gözlənilmədən qalib gəlsə də (2:1), paytaxt klubu həmin məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Qələbə həm də “Rəvan”ın birgünlük də olsa “Xəzər Lənkəran”ı keçib 8-ci pilləyə yüksəlməsinə gətirib çıxarıb.

3:0 hesabı ilə qələbə qazanan “Rəvan” həm də “Kəpəz”in rəsmən Premyer Liqadan düşməsinin səbəbkarı olub. Belə ki, qarşıdakı 6 tur artıq Gəncə təmsilçisi üçün formallığa çevriləcək.


12 aprel

“Rəvan” – “Kəpəz” - 3:0
QOL: Xuan Manuel Varea, 44, 55; Tofiq Mikayılov, 58
Bakı. “Bayıl Arena” stadionu
Təsnifat mərhələsindəki oyunlar – 1:2, 2:0

Rəvan: 1. Lukaş Sapela, 4. Nodar Məmmədov, 8. Tural Axundov (k), 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Miloş Adamoviç, 22. Tofiq Mikayılov, 25. Ayaz Mehdiyev
Ehtiyat oyunçular: 12. Sadiq Ramazanov, 7. Ramil Həşimzadə, 11. Əli Əliyev, 15. Tural Cəlilov, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 28. Emin Mustafayev
Baş məşqçi: Ramil Əliyev

Kəpəz: 1. Ramil Kərimov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 8. Elvin Həsənəliyev, 9. Alan Soltanov, 11. Fərid Quliyev, 14. Elxan Əzizov, 15. Şahin Kərimov (k), 25. Elgiz Kərəmli, 88. Buyamin Asani
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 4. Məhərrəm Müslümzadə, 5. Mətləb Məmmədov, 10. Zaur Əsədov, 18. Nikolay Svejentsev, 23. Ravil Müslümov, 24. Oqtay Məmmədov
Baş məşqçi: Mahmud Qurbanov

komandaoqhmtx
1
Neftçi
25
15
3
7
50-27
48
2
İnter
25
13
8
4
28-15
47
3
Qarabağ
25
12
9
4
33-21
45
4
Simurq
25
10
10
5
27-17
40
5
Bakı
25
7
13
5
27-18
34
6
Qəbələ
25
9
6
10
28-31
33
7
AZAL25
9
9
7
38-27
36
8
Rəvan
26
10
4
12
36-38
34
9
Xəzər L
25
8
8
9
35-30
32
10
Sumqayıt
25
7
7
11
25-42
28
11
Turan
25
6
5
14
26-47
23
12
Kəpəz
26
2
4
20
14-54
10

Bombardir: Nikolas Kanales (Neftçi) –21

Qeyd edək ki, turun digər oyunlarından “Qarabağ” – “İnter”, “Simurq” – “Neftçi”, “Qəbələ” – “Bakı”, “Turan” – “Xəzər Lənkəran” aprelin 13-də, “Sumqayıt” – AZAL aprelin 14-də keçiriləcək.