“Fənərbaxça”nın rəqibi bəlli oldu
12.04.2013 - 14:13
“Fənərbaxça”nın rəqibi bəlli oldu
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə təmsilçisi “Fənərbaxça”nın bəxtinə “Benfika” düşüb və bu cütlükdə şansları bərabər saymaq olar.

Püşkə əsasən, türkiyəlilər Lissabon komandası ilə ilk oyunda meydan sahibi olacaq. Avroliqanın qalibi olmağa iddialı “Çelsi”nin isə münasib rəqib olan “Bazel”i keçmək şansı böyükdür.



“Fənərbaxça” (Türkiyə) – “Benfika” (Portuqaliya)
“Bazel” (İsveçrə) – “Çelsi” (İngiltərə)

Qeyd edək ki, yarımfinal oyunları aprelin 25-də və mayın 2-də, final matçı isə mayın 15-də Hollandiyadakı “Amsterdam Arena”da keçiriləcək.