Kosmin Kontra: Elhad Nəziri təcrübəsizdi, oynaya bilmir
12.04.2013 - 10:42
Kosmin Kontra: Elhad Nəziri təcrübəsizdi, oynaya bilmir
“Elhad Nəziri gənc, istəkli, ancaq təcrübəsiz futbolçudur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Petrolul” klubunun baş məşqçisi Kosmin Kontra deyib.

Rumıniyalı mütəxəssis Azərbaycan yığmasının futbolçusu Elhad Nəzirinin heyətə düşə bilməməyinin səbəbini açıqlayıb.

“Sport Favorit” qəzetinə müsahibəsində Kontra deyib ki, Nəziri “Petrolul”un əsas heyətində oynamağa hazır deyil: “Oyundan-oyuna təcrübə toplayır. Qarşıdakı matçlarda ona şans verəcəm. Düzdür, bu gün oynaya bilmir. Amma şansını gözləməlidir. Hazırda onu meydana buraxmıram. Çünki komanda yaxşı təsir bağışlayır. Nəziri Azərbaycan millisinin üzvü olsa da, hazırda “Petrolul”un əsas heyətində oynamağa hazır deyil”

Qeyd edək ki, bu qış “Petrolul”a transfer olunan müdafiəçi hələlik yeni klubunda debüt etməyib.