“Con Toşak ağır insandı, onun zədələnməsini istəmirik” - MÜSAHİBƏ
12.04.2013 - 11:30
Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimovun apasport.az saytına müsahibəsi
- Mayın 1-də mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan və Avropanın veteran futbolçuları arasında keçiriləcək yoldaşlıq görüşünə hazırlıq işləri necə gedir?
- Bu yöndə işlərimizi davam etdiririk. Artıq bir sıra tanınmış futbolçuların razılığını almışıq.
- Adları çəkə bilərsiniz?
- Gələcəklərini təsdiqləyənləri deyə bilərəm. Gürcüstandan 3 nəfərdir. Aleksandr Çivadze ilə Murtaz Xurtsilava ilə yanaşı, Tengiz Sulakveridze də gələcək. Ukraynadan Leonid Buryakla Nikoly Boqdanov razılığını verib. İqor Belanovun məsələsi hələ açıq qalıb.
- Niyə?
- Futbol oynayanda ayağı əzilib, hazırda gipsdədir. Xəstəxanada müalicə olunur. Bununla belə, belə bir oyunda iştirak etmək istəyir.
- Rusiyalı məşhur qapıçı Rinat Dasayevin gəlişi mümkün olacaq?
- Yox. Dasayev Moskva “Spartak”ında qapıçılarla işləyir. Elə Fyodr Çerenkov da işlərinə görə gələ bilmədi. Rusiyadan Vagiz Xidyatullin, Vitali Şevçenko, Dmitri Kuznetsov gələcək. Belarusdan isə Yuri Zıqmantoviç dəvətimizi qəbul edib. Biz ölkədən xaricdə olan həmyerlilərimizi unutmuruq. Vaxtilə “Neftçi”də oynamış Boqdanov, Şevçenko ilə yanaşı, İqor Ponomaryovu da dəvət etmişik. İsveçdə yaşayan olimpiya çempionumuz da Bakıya gələnlər sırasında olacaq.
- Avropalılarla bağlı vəziyyət necədir?
- Almaniyalılardan milli komandamızın baş məşqçisi Berti Foqtsla köməkçisi Uli Ştayn olacaq. Onların hər ikisi məşq proseslərindən formadadırlar. Foqts müdafiədə, Ştayn qapıda bacarığını göstərəcək. Almaniyalı məşqçi – “Barselona” və “Real”da oynamış Bernd Şuster də gələcək. Xorvatiyalı Dario Şimiş, fransalı Jan-Pyer Papen də həmin vaxt Bakıda olmağa razılıqlarını verib.
- Türkiyədən də məşhurların gəlməyi nəzərdə tutulub...
- Bu sırada Hakan Şükür, Bülənt Korkmaz, Rüştü Rəncbərin adı var. Ancaq onlar da iş-güc adamlarıdır. Bildiyiniz kimi, Şükür millət vəkilidir, Korkmaz “İstanbul Böyük Şəhər Bələdiyyəspor” klubunun baş məşqçisidir. Dəvətlilərlə bağlı məsələyə aprelin 20-dən sonra tam aydınlıq gələcək. Qapıçı məsələsində başqa variant da var. Otar Qabeliya da Bakıya gəlmək istəyir. Ancaq biz hamını da dəvət edə bilmərik.
- Ölkəmizdə çalışan əcnəbi baş məşqçilərdən kimlər konkret oynayacaq?
- “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadze oynamağa hazır olduğunu bildirib. “Xəzər Lənkəran”ın uelsli çalışdırıcısı Con Toşaka da dəvət göndərdik. Ancaq bu yaşında oynaya bilməyəcəyini dedi. Hər halda, Toşak yaşlı, ağır insandı, oynamağa hazır olmayan veteranlar zədələnməsini istəmirik.
Mehman SÜLEYMANOV

0
0