Azərbaycanlı futbolçular Moskva “Dinamo”suna dəvət olundu
12.04.2013 - 11:41
AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov Rusiyaya dəvət olunub. Apasport.az saytının məlumatına görə, 83 yaşlı veteran futbolçumuz Moskva “Dinamo”sunun 90 illik yubileyinə yollanacaq.
Məmmədov bu klubun şərəfini qorumuş futbolçular kimi dəvətlilər arasındadır. Yubileylə əlaqədar aprelin 15-də Moskvada tədbir olacaq.
Orada uzun illərdir Rusiyada yaşayan Yuri Kuznetsov da iştirak edəcək. 82 yaşlı keçmiş hücumçu “Neftçi”də həm oynayıb, həm də baş məşqçi olub. “Dinamo”da 1955-60-cı illərdə 22 oyunda 13 qol vuran Kuznetsov komandada 2 müxtəlif vaxtda məşqçi işləyib. O, “Dinamo”nun futbolçusu kimi 2 dəfə SSRİ çempionu olub.
Kuznetsovla “Neftçi” ilə yanaşı, “Dinamo”da da komanda yoldaşı olan Məmmədov 4 dəfə SSRİ çempionluğu sevincini yaşayıb. Bunlar Moskva klubunda 1954-1959-cu illərdə oynadığı (92 oyun, 41 qol) dövrdə olub.

0
0