Braziliya yığmasının sabiq futbolçusu Bakıda oynayacaq - EKSKLÜZİV
12.04.2013 - 11:59
Braziliya yığmasının sabiq futbolçusu Bakıda oynayacaq - EKSKLÜZİV
Braziliya millisinin sabiq futbolçusu Edmar Bernardes dos Santos Azərbaycana gələcək. Azərbaycan Futbol Veteranları İttifaqının vitse-prezidenti Rüstəm Rəhimov apasport.az saytına açıqlamasında 53 yaşlı keçmiş hücumçunun mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq yoldaşlıq görüşünə dəvəti qəbul etdiyini bildirib. Təşkilatı işlərlə məşğul olan Rəhimov braziliyalının ölkəmizə gələcəyini artıq təsdiqlədiyini deyib.

20 illik karyerası daha çox vətəninə bağlı olan dos Santos “Braziliya”, “Kruzeyro”, “Qremio”, “Flamenqo”, “Palmeyras”, “Korintians”, “Santos” kimi klublarda oynayıb. Birincilərlə 2 dəfə ölkə çempionu olan hücumçu karyerasında 2 dəfə xaricdə oynayıb. Bunlar 1988-91-ci illərdə İtaliyanın “Peskara”, 1995-97-ci illərdə Yaponiyanın “Vegalta” klubunda olub.

Edmar 1998-ci ildə millisinin heyətində 6 oyunda 3 qol vurub. O, həmin vaxt Seul Olimpiadasının gümüş medalçısı olub. Braziliyalı finalda həmyerlimiz İqor Ponomaryovun şərəfini qoruduğu SSRİ yığmasına 1:2 hesabı ilə uduzub.

Mehman SÜLEYMANOV