Millimiz Qırğızıstanla sentyabrda qarşılaşa bilər
12.04.2013 - 12:55
Bu gün Qırğızıstan Futbol Federasiyasının icraçı direktoru Dastan Konokbayev keçirdiyi mətbuat konfransında yığma komandalarının millimizlə bu il qarşılaşacağını bildirib. Apasport.az saytının məlumatına görə, qırğızlar bu il keçirəcəkləri 6 yoldaşlıq oyununu yay-payız aylarında keçirməyi planlaşdırıb.
Ancaq bu oyunun harda və konkret hansı tarixdə keçiriləcəyi hələ müəyyənləşməyib. Apasport.az saytı kiçik araşdırma apararaq müəyyən qənaətə gələ bilib.
Bildiyiniz kimi, milli komandamızın DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində iyunun 7-də Lüksemburqla ev, sentyabrın 6-da İsraillə səfər, oktyabrın 11-də Şimali İrlandiya və həmin ayın 15-də Rusiya ilə ev oyunları var. Həmçinin avqustun 14-də Malta ilə Bakıda, noyabrın 17-də isə isə Estoniya ilə Tallində yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulub.
Lüksemburqla oyundan 4 gün sonra, yəni iyunun 11-də seçmə mərhələnin B, C və İ qruplarında oyunlar keçiriləcək. Həmin tarixdə millimiz də Qırğızıstanla oyun keçirə bilər. Ancaq avqustda Malta ilə qarşılaşma gəldiyindən Berti Foqtsun ardıcıl 2 yoldaşlıq oyunu keçirmək istəməsi inandırıcı görünmür. Milli komanda üçün ən uyğun variant isə sentyabrın 10-dur. Yığmanın Ramat-Qanda İsraillə qarşılaşdıqdan sonra Bakıda yoldaşlıq oyunu keçirməsi daha inandırıcıdır.
Qeyd edək ki, Konokbayev yerli jurnalistlərə açıqlamasında sentyabrda Azərbaycan və ya Belarusdan biri ilə səfərdə oynaya biləcəklərini istisna etməyib.

0
0