Laki İdahor Azərbaycanı xatırladı
12.04.2013 - 13:36
“İnter”in sabiq futbolçusu Laki İdahor Azərbaycanda oynadığı 2 il ərzində heç vaxt irqçiliklə üzləşməyib. Apasport.az saytının məlumatına görə, bu barədə 2004-06-cı illərdə ölkəmizdə çıxış edən nigeriyalı futbolçunun özü açıqlayıb.
Afrikalı hücumçu UEFA-nın irqçiliklə bağlı cəzaların ağırlaşdırılması barədə atdığı addımlara münasibət bildirib. Hazırda Ukraynada “Zarya”nın şərəfini qoruyan Laki 2000-ci ildən çıxış etdiyi Avropada heç vaxt belə ədalətsizliklə rastlaşmayıb: “Heç vaxt belə halla üzləşməmişəm. Karyeram ərzində heç vaxt özümə qarşı dərimin rənginə görə aqressivlik və ya xoşagəlməz rəftar görməmişəm. Oynadığım hər yerdə - “Dinamo”, “Vorskla”, “Karpatı”, “Tavriya”, “İnter”, “Zarya”da mənə dost münasibəti bəsləyiblər. Bilirəm ki, başqa ölkələrdə fərqlidir. Misal üçün, İtaliyanı qeyd edim. Orada futbolçular irqçilik üzündən əziyyət çəkirlər”.
Qeyd edək ki, Nigeriya yığmasında 2 matç keçirən 33 yaşlı hücumçu “İnter”in heyətində 2004/05 mövsümündə Azərbaycan kubokunun finalçısı olub.

0
0