“Fənərbaxça” “Benfika”dan elə zərbə alıb ki...
12.04.2013 - 14:27
“Fənərbaxça” “Benfika”dan elə zərbə alıb ki...
“Fənərbaxça” 38 ilin qisasını almaq imkanı əldə edib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/2 final mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq İstanbul təmsilçisi tarixində 2-ci dəfə lissabonlularla qarşılaşacaq.

1975-ci il sentyabrın 17-də baş tutan Çempionlar kubokunun oyununda “Benfika” rəqibini darmadağın etmişdi – 7:0. Türkiyəlilər oktyabrın 1-dəki cavab oyununda 1:0 hesabı ilə qalib gəlsə də, bu təsəllidən başqa bir şey deyildi. “Fənərbaxça” indi həmin – 38 il əvvəlki yenilginin qisasını almağa çalışacaq.