AFFA-nın hesabına əməliyyat olunmuş futbolçu geri qayıtdı
12.04.2013 - 14:40
AFFA-nın hesabına əməliyyat olunmuş futbolçu geri qayıtdı
Topaz Premyer Liqasının növbəti turu çərçivəsində AZAL-la qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “Bayıl Arena”da səhər məşqinə çıxan komandanın heyətində zədəli futbolçular yer alır.

Belə ki, milli komandamızın hücumçusu Pərdis Fərcad-Azad və Almaniya doğumlu türkiyəli futbolçu Can Akgün fərdi məşqlərlə kifayətlənir. Bir müddət əvvəl Almaniyada AFFA-nın hesabına əməliyyat olunmuş Orxan Əliyev isə artıq qayıdıb.

Qeyd edək ki, "Sumqayıt" - AZAL oyunu bazar günü saat 17:00-da keçiriləcək. Qarşılaşma “Bayıl Arena”da baş tutacaq.