“Bavariya” – “Barselona”: Kim güclüdü?
12.04.2013 - 15:31
Çempionlar Liqasının yarımfinal mərhələsinin bu gün keçirilən püşkatması İspaniya və Almaniya klublarını üz-üzə qoydu. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində bu nəhəng futbol ölkələrinin komandaları ümumilikdə 250 dəfə üz-üzə gəliblər.
Penaltilər seriyaları nəzərə alınmamaqla, bu qarşılaşmalarda İspaniya təmsilçiləri 104, almaniyalılar 82 qələbə qazanıblar. Digər 64 görüş heç-heçə başa çatıb. Bu matçlardakı top fərqində ispaniyalılar öndədi – 357:320.
Bu dəfə qarşılaşacaq cütlərin duellərinə gəlincə, hər iki yarımfinal oyunundakı komandalar 6 dəfə üz-üzə gəlib. “Bavariya” “Barselona”, “Borussiya” “Real”la 6 avrokubok matçında görüşüb. Bu qarşıdurmaların birində ispaniyalılar, digərində almaniyalılar öndədir.
“Bavariya” indiyədək 3 dəfə “Barselona”ya qalib gəlib. 2 dəfə heç-heçə edib və yalnız 1 dəfə uduzub. Almaniyalılar top fərqində geridədir - 8:9. Bu da kataloniyalıların yeganə qələbəsinin darmadağınla olmasından irəli gəlir.
1995/96. Avropa Liqası. Yarımfinal. “Bavariya” – “Barselona” – 2:2, 2:1
1998/99. Çempionlar Liqası. Qrup mərhələsi. “Barselona” – “Bavariya” – 1:2, 0:1
2008/09. Çempionlar Liqası. 1/4 final. “Barselona” – “Bavariya” – 4:0, 1:1
“Real” isə 2 dəfə qalib gəldiyi “Borussiya”ya cəmi 1 dəfə uduzub və 3 dəfə heç-heçə edib. Madridlilər top fərqində də öndədir – 8:6.
1997/98. Çempionar Liqası. Yarımfinal. “Real” – “Borussiya” – 2:0, 0:0
2002/03. Çempionlar Liqası. Qrup mərhələsi. “Borussiya” - “Real” – 1:1, 1:2
2012/13. Çempionlar Liqası. Qrup mərhələsi. “Real” – “Borussiya” – 2:2, 1:2

0
0