Çempionlar Liqasında yarımfinal oyunlarının vaxtı dəqiqləşdi
12.04.2013 - 16:27
Çempionlar Liqasının yarımfinal oyunlarının keçirilmə tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, mərhələnin ilk matçı aprelin 23-də Münhendə “Bavariya” və “Barselona” arasında keçiriləcək. Bu komandaların cavab oyunu mayın 1-də Barselonada baş tutacaq.
Dortmund “Borussiya”sı ilə Madrid “Real” arasındakı ilk qarşılaşma aprelin 24-də, cavab görüşü aprelin 30-da keçiriləcək.
Qeyd edək ki, final matçı mayın 25-də İngiltərənin “Uelmli” stadionunda olacaq.

0
0