“Aleksandr Əliyevin Azərbaycana bağlılığı var”
12.04.2013 - 20:00
“Ukraynada yaşayan çoxlu azərbaycanlı dostlarım var. Aleksandr Əliyevin ailəsini də yaxşı tanıyıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ukrayna yığmasının sabiq baş məşqçisi Leonid Buryak deyib.
60 yaşlı ukraynalı mütəxəssis millisinin və Kiyev “Dinamo”sunun futbolçusu olan soydaşımız Aleksandr Əliyev haqda fikirlərini açıqlayıb.
Buryakın fikrincə, rəhbərliyi altında oynamış Əliyevdə azərbaycanlılara xas xüsusiyyətlər var: “O, Ukraynanın ən yaxşı futbolçularından biridir. Düzdü, Aleksandrın həyatda öz problemləri, baş məşqçi ilə arasında anlaşılmazlıq var. Ancaq istənilən halda, ən yaxşı ukraynalı oyunçulardan biridir. Mənim üçün onun əslən Azərbaycanda olmağı barədə danışmaq çətindir. Atasını yaxşı tanıyıram. Aleksandr xarici görkəmcə azərbaycanlıya oxşayır. Fikrimcə, onun Azərbaycana bağlılığı var”.
Mehman SÜLEYMANOV

0
0