Orxan Əliyev: Belə şeylər hər bir futbolçunun başına gəlir
12.04.2013 - 17:47
Orxan Əliyev: Belə şeylər hər bir futbolçunun başına gəlir
"Almaniyada əməliyyat olunduqdan sonra bir həftə xəstəxanada qaldım. Hazırda özümü yaxşı hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bunu U-19-un və “Sumqayıt”ın futbolçusu Orxan Əliyev deyib.

Bir müddət əvvəl Almaniyada əməliyyat olunmuş Orxan Əliyev vətənə qayıdıb. “Sumqayıt”ın bugünkü məşqini izləyən adıçəkilən futbolçu vəziyyəti ilə əlaqədar olaraq klubun rəsmi saytına açıqlama verib: “Belə şeylər hər bir futbolçunun başına gəlir. 3 aydan sonra yüngül şəkildə məşqlərə başlayacam. Ümumilikdə, həkimlər 6 aydan sonra hazır vəziyyətə gələcəyimi deyir. Əsas məqsədim daha tez sağalıb komandama kömək etməkdir".

Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə "Sumqayıt"ın heyətində 17 oyunda (1252 dəqiqə) meydana çıxıb və rəqib qapılarından 4 top keçirib.