Mahmud Qurbanov: Komandanın səviyyəsi bura qədərdir
12.04.2013 - 19:10
“Rəqibin heyətində Mindauqas Kalonasın oyununu qeyd etmək istərdim. Mərkəzdə bu futbolçunu boş buraxmamağı tapşırmışdım. Təəssüf ki, bunu bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXVI turunda “Rəvan”a 3:0 hesablı məğlubiyyətdən sonra komandasının oyununu dəyərləndirib: “Turnir cədvəlində sonuncu pillədəyik. Nəyə qadir olduğumuzu bugünkü oyun göstərdi. Komandanın səviyyəsi bura qədərdir. Meydanda 11 oyunçudan yalnız dördü oynayır. “Kəpəz” I diviziona düşəcəyi halda da komandada işləməyə razıyam”.

0
0