“İkinci hissədə daha sürətli oynadıq”
12.04.2013 - 19:24
“Kəpəz” ilk hissədəki oyunu ilə bu qarşılaşmaya yaxşı hazırlaşdığını göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XXVI turunda “Kəpəz” (3:0) üzərində qazanılan qələbəyə şərh verib: “Rəqib meydanın mərkəzində yaxşı oynadı. İkinci hissədə daha sürətli oynadıq, qısa ötürmələrlə rəqibin müdafiə xəttini yarmağı bacardıq. Topa daha yaxşı nəzarət etdik, üstünlüyü ələ aldıq. “Kəpəz”in heyətində gənc futbolçuların oyununu bəyəndim. Bu futbolçular bizim gələcəyimizdir. Komandamı qələbə ilə təbrik edirəm”.

0
0