Ramil Əliyev yubiley matçını keçirdi
12.04.2013 - 20:38
Ramil Əliyev yubiley matçını keçirdi
Bu gün Topaz Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən “Rəvan” – “Kəpəz” matçı meydan sahiblərinin baş məşqçisi Ramil Əliyev üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “uçan aslanlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda Əliyevin yubiley görüşü kimi yadda qalıb.

Belə ki, ikinci “altılıq”da keçirdiyi 4-cü oyunda da hesabına 3 xal yazdıran “Rəvan”ın gənc çalışdırıcısı baş məşqçi kimi 90-cı matçına çıxıb.

Qeyd edək ki, “Kəpəz”i məğlub edən “Rəvan” Gəncə klubunun rəsmən Premyer Liqadan düşməsinin səbəbkarı olub.