Arşavin: Almaniya, İspaniya və Rusiyadan təkliflər gəlib
12.04.2013 - 21:34
Arşavin: Almaniya, İspaniya və Rusiyadan təkliflər gəlib
Rusiyalı yarımmüdafiəçisi Andrey Arşavin yayda “Arsenal”dan ayrılmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu haqda təcrübəli futbolçunun özü xəbər verib.

O bildirib ki, karyerasını İngiltərədən başqa Almaniya, İspaniya və ya Rusiyada davam etdirə bilər: “Mənim qüvvədə olan müqaviləm iyunun sonuna kimidir. Bu da aydındır ki, “Arsenal”dan getməyə hazırlaşıram. Mən burada heyətə düşə bilmirəm. Bu, baş məşqçi Arsen Vengerin qərarıdır. Hər halda yaxşı formada qalmaq üçün məşq etməyə davam edirəm və özümü oynamaq üçün hiss edirəm. Başqa komandaya keçiddə problem görmürəm. Əgər Premyer Liqadan başqa komandadan təklif gələrsə, mən ona baxacağam. Həmçinin Almaniya, İspaniya və Rusiyadan təkliflər gəlib. Ötən qış Premyer Liqadan mənə təklif var idi, ancaq hesab etdim ki, belə addım mənim üçün yaxşı olmayacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya mətbuatı iddia edirdi ki, Arşavinə Azərbaycan klublarından təklif gəlib. Bu komandaların içərisində isə ən çox “Xəzər Lənkəran”ın adı hallanırdı.