“Beşiktaş” da turu qələbə ilə başa vurdu
15.04.2013 - 23:00
“Beşiktaş” da turu qələbə ilə başa vurdu
Türkiyə Superliqasında XXIX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə “Beşiktaş” “İnönü” stadionunda “Antalyaspor”u qəbul edib.

Lider “Qalatasaray” və ikinci pillədə qərarlaşan “Fənərbaxça”nın qələbə qazanmasından sonra “qara-qartallar” da turu 3 xalla başa vurmağı bacarıblar.

Fasiləyə qədər hesabı aça bilməyən İstanbul klubu ikinci hissədə Olcay Şahanın yeganə qolu ilə qələbəyə sevinib - 1:0.


Türkiyə Superliqası
XXIX tur
12 aprel
“Sivasspor” – “Gənclərbirliyi” – 1:1
Kose, 77-avtoqol – Zeç, 16

“Trabzonspor” – “Orduspor” – 1:0
Altintop.H, 71

13 aprel
“Mersin İdmanyurdu” – “Bursaspor” – 0:1
Pinto, 64

“Karabükspor” – “Qalatasaray” – 0:1
Sneyder, 52

14 aprel
“Kasımpaşa” – “Akhisar BB” – 0:1
Gekas, 41

“Qaziantepspor” – “Kayserispor” – 0:1
Bobo, 64

“Fənərbaxça” – “Əskişəhərspor” – 1:0
Kristian, 53

“Elazığspor” – “İstanbul BB” – 1:0
Yılmaz, 82

15 aprel
“Beşiktaş” – “Antalyaspor” – 1:0
Şahan, 57