Yupp Haynkes: “Barselona” yalnız Messidən ibarət deyil
12.04.2013 - 23:33
“Bavariya”nın baş məşqçisi Yupp Haynkes Çempionlar Liqasının yarımfinal mərhələsinin püşk atmasının nəticələrini şərh edib. Apasport.az saytının məlumatına görə, “Barselona” ilə qarşılaşacaq olan Münhen təmsilçisinin təcrübəli çalışdırıcısı hər kəs meydanda iki güclü komandanın mübarizəsinin şahidi olacağını bildirib.
2000-2001 mövsümündə “Atletika”da işləyən Haynkes ispan futbolunu çox yaxşı bildiyini ifadə edib: “Biz meydanda iki güclü komandanın mübarizəsini görəcəyik. Hər iki komanda yaradıcı futbolu sevir. Möhkəm müdafiə və taktiki cəhətdən əla hazırlanıblar. Mən hələ “Yuventus”la matçdan əvvəl deyirdim ki, öz meydanında birinci oynamaqda, heç bir qorxusu yoxdur. Əlbəttə, “Nou Kamp” stadionunda fantastik atmosfer olacaq. Mən ispan futbolunu çox yaxşı bilirəm. Çünki onlar həmişə məni maraqlandırırdı. Hətta mən İspaniyadan getdikdən sonra da. “Barselona” yalnız Messidən ibarət deyil. Onlarda bir çox gözəl futbolçular var. Belələri Xavi, İnyesta, Buskets, Fabreqas, Vilya kimiləridir. Siyahını daha da davam etmək olar. Hərçənd Messi ümumi sıradan seçilir.
Qeyd edək ki, “Bavariya” və “Barselona” arasında keçiriləcək ilk matç aprelin 23-də Münhendə, cavab oyunu isə mayın 1-də Barselonada baş tutacaq.

0
0