Ruy Koşta komandasının finala çıxmağını istəyir
13.04.2013 - 00:45
“Benfika”nın sabiq yarımmüdafiəçisi və hazırda klubun idman direktoru olan Ruy Koşta Avropa Liqasının yarımfinal mərhələsinin püşkatmasından sonra fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, yarımfinalda “Fənərbaxça” ilə qarşılaşacaq Portuqaliya klubunun 41 yaşlı nümayəndəsi komandalarının son illər gücləndiyini ifadə edib.
O, finala çıxmaq istədiklərini vurğulayıb: “Bu, üç il ərzində bizim ikinci yarımfinalımızdır. “Benfika” güclənir və tərəqqi edir. Biz çox şadıq ki, ən güclü dörd komandası arasında yer alırıq. Amma finala çıxmaq istəyirik. Biz uzun müddətdir avrokubokların finallarında oynamırıq. Bu gözləmə tezliklə bitər”.
Qeyd edək ki, “Fənərbaxça” və “Benfika” ilk oyunlarını aprelin 25-də İstanbulda, cavab matçını isə mayın 2-də Portuqalda keçirəcək.

0
0