5 turluq qələbə həsrətinə son qoyuldu
14.04.2013 - 23:40
5 turluq qələbə həsrətinə son qoyuldu
Almaniya Bundesliqasında XXIX turun oyunlarına yekun vurlub. Apasport.az saytının məlumatına görə, son matç günündə “Ştutqart” Münhenqladbax “Borussiya”sını, “Ausburq” isə “Ayntraxt”ı qonaq edib.

Hər iki görüşdə meydan sahibləri eyni hesabla qələbəyə sevinib - 2:0.

Beləliklə, “Borussiya”sı məğlub edən “Ştutqart” evində 5 turluq qələbə həsrətinə son qoyub.


Almaniya Bundesliqası
29-cu tur
12 aprel
“Frayburq” – “Hannover” – 3:1
Şults, 24-avtoqol, Kruse, 44, Şmid, 73 – Rauş, 36

13 aprel
“Bavariya” – “Nurnberq” – 4:0
Boatenq, 5, Qomes, 17, Rafinya, 24, Şaqiri, 56

“Fortuna” – “Verder” – 2:2
Rayzinger, 2; 49 - Yunusoviç, 16, Latka, 71-avtoqol

“Qroyter Fyurt” – “Borussiya” (Dortmund) – 1:6
Prib, 72 - Qötse, 12; 45, Gündoğan, 15; 34, Blaşikovski, 28, Levandovski, 81

“Mayns” – “Hamburq” – 1:2
Parker, 86 - Son, 62; 81

“Volfsburq” – “Hoffenhaym” – 2:2
Arnold, 14, Naldo, 86 - Salihoviç, 35-pen, Bek, 63

“Şalke” – “Bayer” – 2:2
Pukki, 71, Rafael, 87 - Rolfes, 39, Kadleç, 58

14 aprel
“Ştutqart” – “Borussiya” (Münhenqladbax) – 2:0
Dominqes, 28, Gentner, 34

“Ausburq” – “Ayntraxt” – 2:0
D.Ji, 28; 55