Şimali İrlandiyanın iyunun 11-də oynamaq istəməməsinin səbəbi açıqlandı
13.04.2013 - 03:06
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinin çıxış etdiyi F qrupunun təxirə salınan Şimali İrlandiya – Rusiya matçının keçiriləcəyi tarixinin təyininin təfərrüatları məlum olub. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya Futbol Federasiyasının əməkdaşı Ceff Uilson bu qarşılaşmanın iyunun 11-də keçirmək istəməmələrinin səbəbini açıqlayıb.
O bildirib ki, buna iyunun əvvəlində ölkələrində təşkil ediləcək “böyük səkkizlik” sammiti mane olub: “Niyə qarşılaşmanın iyunun 11-də keçirilməsinə qarşı etiraz edildi? Birincisi, mövsümün sonunda hər iki komandanın futbolçuları yorulacaq. İkincisi, iyunun əvvəlində Şimali İrlandiyada “böyük səkkizlik” sammiti keçiriləcək. Bir həftədə iki belə tədbir keçirmək riskdir. Yalnız bizim üçün deyil, həm də rusiyalılar, jurnalistlər və azarkeşlər üçün belə yaxşıdır. Sammitin təşkili qeyri-adi səyləri tələb edir. Təhlükəsizlik hər şeydən yüksəkdir”.
Qeyd edək ki, Şimali İrlandiya – Rusiya oyunu martın 22-də keçirilməli idi. Lakin əlverişsiz hava şəraitinə görə matç baş tutmayıb. Daha sonra isə hər iki tərəf ortaq məxrəcə gələ bilməyiblər. Rusiyalılar qətiyyətlə iyunun 11-də, britaniyalılar isə FİFA pəncərəsindən kənar vaxtda – mayın 31-də oynamaq istəyirmiş. Onlar razılıq əldə etmədiyindən FİFA qarşılaşmanı avqustun 14-nə təyin edib.

0
0